Mərakeş də 1/8 finalda dayandı

ESTAFET/ Afrika Millətlər Kubokunda 1/8 final mərhələsi başa çatıb. Bu gün daha 2 görüş baş tutub.
Mali yığması Burkina Fasoya, Cənubi Afrika millisi isə Mərakeşə qalib gələrək 1/4 finala yüksəlib.
Afrika Millətlər Kuboku
1/8 final
30 yanvar 2024
Mali – Burkina Faso 2:1
Qollar: Tapsoba, 3 (ö.q.), Sinayoko 47 : Traore 57 (pen.)
Mərakeş – Cənubi Afrika 0:2
Qollar: Makqopa 57, Mokoena 90+5
Beləliklə, 1/4 finalda bu komandalar üz-üzə gələcəklər:
2 fevral 2024
21:00. Nigeriya – Anqola
00:00. Konqo DR – Qvineya
3 fevral 2024
21:00. Mali – Fil Dişi Sahili
00:00. Kabo Verde – Cənubi Afrika
