PSJ Rodrigeslə yollarını ayırıb

ESTAFET/ Fransanın PSJ klubu hücumçusu Xese Rodrigeslə yollarını ayırıb. Bu barədə Paris təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ispaniyalı forvardın mövsümün sonuna qədər olan müqaviləsinə xitam verilib. PSJ-də olduğu müddətdə əsasən digər klublarda icarə əsasında çıxış edən 27 yaşlı oyunçu artıq azad agent statusu daşıyır.

Qeyd edək ki, Xese Rodriges PSJ-yə 2016-cı ildə İspaniya klubu “Real”dan keçib.

Müəllif: Orxan NOVRUZOV