Konte keçmiç futbolçularını istəyir

ESTAFET/ İtaliyanın “İnter” klubu qış transfer dönəmində 2 futbolçunu heyətinə cəlb etmək niyyətindədir. Baş məşqçi Antonio Konte İngiltərənin “Çelsi” klubunda birgə çalışdığı oyunçuların xidmətində maraqlıdır.
Təcrübəli mütəxəssis London təmsilçisinin yarımmüdafiəçisi Nqolo Kante və hücumçusu Olivye Jirunun Milana köçməsi üçün rəhbərliyə təlimat verib. Klublar arasında danışıqlara artıq start verilib. “Çelsi” rəhbərliyi də fransalı futbolçuların satılmasının əleyhinə deyil.
Qeyd edək ki, bu mövsüm Premyer Liqada Jiru 6 oyunda 2 qol vurub, Kante isə 11 matçda 1 məhsuldar ötürmə verib.
