Avropa çempionatının oyunu təxirə salındı

ESTAFET/ Qadın həndbolçular arasında Avropa çempionatının Serbiya – Niderland oyunu təxirə salınıb. Buna səbəb isə serbiyalı həndbolçulardan birində koronavirus infeksiyasının aşkarlanması olub.

Yoluxan idmançı karantinə alınaraq təcrid edilib. Bu gün keçirilməli olan matç sabaha təxirə salınıb.

Bu Avropa çempionatında ikinci koronavirus yoluxmasıdır. Yarış öncəsi test zamanı Rumıniya millisində virusa yoluxma halı qeydə alınmışdı. Karantinə göndərilən komanda təkrar testdən sonra Almaniya ilə görüşə (19:22) buraxılmışdı.

Müəllif: Natiq NƏSİROV