Zülfüqarova növbəti etimad

ESTAFET/ Avropa Voleybol Konfederasiyası azərbaycanlı hakim Eldar Zülfüqarova növbəti dəfə etimad göstərib. Həmyerlimiz Çempionlar Liqasının qrup mərhələsinə təyinat alıb. 

O, qadın voleybolçular arasında E qrupunun 3 görüşündə iş başlında olacaq. Həmyerlimiz dekabrın 8-də “Dinamo” (Moskva) – “Lokomotiv” (Kalininqrad, hər ikisi Rusiya) duelində ikinci referi funksiyasını yerinə yetirəcəksə, ertəsi gün Kalininqrad təmsilçisinin “Əczaçıbaşı” (Türkiyə) ilə qarşılaşmasında əsas söz sahibi olacaq. Zülfüqarov dekabrın 10-da “Lokomotiv” – “Allians” (Almaniya) görüşündə də birinci hakim funksiyasını yerinə yetirəcək. 

Qeyd edək ki, yeni qaydalara əsasən Çempionlar Liqasında qrup mərhələsinin hər dövrəsi bir şəhərdə keçiriləcək. E qrupunun ilk 3 turuna İstanbul ev sahibliyi edəcək. 

Müəllif: Natiq NƏSİROV