“Atletiko” rekorda şərik çıxdı

ESTAFET/ “Atletiko” İspaniya La Liqası tarixinin rekorduna şərik çıxıb. Madrid təmsilçisi bunu XII turun “Valyadolid”lə oyununda rəsmiləşdirib.

2:0 hesablı qələbə qazanan paytaxt klubu ilk 10 matçda cəmi 2 top buraxıb. La Liqa tarixində yalnız bir klub mövsümün startındakı 10 görüşdə belə az qol buraxmağı bacarıb.

Bu, 1993/94 mövsümünə təsadüf edib. Həmin vaxt “Deportivo” 10 matçda 2 dəfə qola üzülüb.

Müəllif: Estafet.az