AVRO 1960-ın qələbə qolunun müəllifi öldü

ESTAFET/ SSRİ milli komandasının sabiq futbolçusu Viktor Ponedelnik 83 yaşında dünyasını dəyişib.

1960-cı ildə keçirilən ilk Avropa çempionatında qələbə qolunun müəllifi kimi tarixə düşən Ponedelnik 1964-cü ildə gümüş medalçı olub. O, daha çox Rostov klubları “Rostselmaş” və OİK-dəki çıxışları ilə tanınıb. Vaxtilə “Spartak” və MOİK-ə də keçən hücumçu Moskva təmsilçilərində debüt edə bilməyib.

Qeyd edək ki, Ponedelnik AVRO-1960-nın qalibləri arasında sağ qalan sonuncu futbolçu idi.

Müəllif: Bəhruz MƏMMƏDOV