Usman Dembele sıradan çıxdı

ESTAFET/ “Barselona”nın hücumçusu Usman Dembele zədələnib. 23 yaşlı hücumçu ötən gün La Liqanın 10-cu turunda “Kadis”lə matçda (1:2) bud nahiyəsindən xəsarət alıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Futbolçunun durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.
Qeyd edək ki, Dembele bu mövsüm 8 matça çıxıb və 1 qol vurub.
