Mbappe 100-ə 137-də çatdı

ESTAFET/ PSJ Fransa çempionatının 14-cü turu çərçivəsində səfərdə “Monpelye”ni 3:1 hesabı ilə məğlub edib. Sözügedən qarşılaşma Paris klubunun futbolçusu Kilian Mbappe üçün yubileylə yadda qalıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə “Monpelye” ilə oyunda komandasının son qolunu vuran Mbappenin PSJ-nin heyətində 100 qol səddinə çatdığı diqqətə çatdırılıb. Fransız hücumçu bu göstəriciyə 137 oyunda nail olub.

Mbappe, 2017-ci ildən PSJ-də forma geyinir.

Müəllif: Orxan NOVRUZOV