Mançesterlilərin Messi sevdası bitmir
ESTAFET/ İngiltərənin “Mançester Siti” klubu İspaniya təmsilçisi “Barselona”nın kapitanı Lionel Messinin transferindən əl çəkmir. PSJ-nin argentinalını Fransaya aparmaq istəyi “şəhərlilər”i hərəkətə gəlməyə vadar edib.
Baş məşqçi Pep Qvardiola və bir neçə aparıcı futbolçusu ilə yeni müqavilə bağlayan Premyer Liqa klubu ispaniyalı mütəxəssisə Messini yanına gətirəcəyini vəd edib. “Barselona” yeni sözləşmə üçün Leonun maaşında endirimə getməsini tələb edirsə, “Mançester Siti” minimum hazırkı məvacibini ödəməyə hazırdır. İngilislər yanvarda 33 yaşlı superulduzla rəsmi danışıqlara başlayacaq.
Qeyd edək ki, Messi cari mövsümün əvvəlində “Mançester Siti”yə keçməyə çalışsa da, klubu onu buraxmamışdı.