“Keşlə”nin bir futbolçusu koronavirusdan sağaldı

ESTAFET “Keşlə”də koronavirusa yoluxan futbolçulardan daha biri sağalıb. Yarımmüdafiəçi Con Kamaranın testinin nəticəsi neqativ çıxıb.

Dekabrın əvvəllərində virusa yoluxan sierra-leoneli oyunçu digərlərindən tez test vermişdi və bu gün nəticə neqativ olub. 32 yaşlı orta sahə oyunçusu artıq məşqlərə qoşula bilər.

Qeyd edək ki, bu gün “Keşlə”nin baş məşqçisi Yunis Hüseynovun koronavirusa yoluxduğu müəyyənləşib. Müdafiəçi Miyusko Boyoviç və yarımmüdafiəçi Turan Vəlizadə də bu xəstəlikdən əziyyət çəkirlər.

Müəllif: Bəhruz MƏMMƏDOV