“Qarabağ”da koronavirus testinin cavabı bilindi

ESTAFET/ Futbol üzrə Azərbaycan Premyer Liqasının XII turunda “Qəbələ” ilə qarşılaşacaq “Qarabağ” koronavirus testindən keçib. Bu gün nəticələrin cavabı bilinib.
Bütün komandadan götürülən testin nəticəsində yeni yoluxma faktı aşkarlanmayıb. Ağdam təmsilçisində aktiv xəstə olan qapıçı Şahruddin Məhəmmədəliyev və hücumçu Xayme Romeronun 14 günlük karantin müddəti başa çatmadığından, onlar Qəbələyə aparılmayıb.
Qeyd edək ki, dekabrın 20-də keçiriləcək “Qəbələ” – “Qarabağ” görüşü saat 15:00-da başlayacaq.
