Topal tanışı tərəfindən aldadıldı
ESTAFET/ Türkiyənin “Başakşəhər” klubunun futbolçusu Mehmet Topal aldadılıb. 34 yaşlı yarımmüdafiəçinin evini satan şəxs pullarla birlikdə yoxa çıxıb.
Bununla bağlı Türkiyə millisinin üzvü polisə şikayət edib. Topal İstanbuldakı evinin satışı üçün tanıdığı bir şəxsə etibarnamə verdiyini söyləyib. Lakin həmin evi 2 milyon 350 min lirəyə satan Topalın tanışı pulları oğurlayıb. Polis dərhal həmin şəxsin axtarışına başlayıb.
Qeyd edək ki, Mehmet Topal karyerası ərzində “Qalatasaray”, “Valensiya” və “Fənərbaxça” kimi klublarda çıxış edib.