Flik FIFA-nın qərarından narazıdır
ESTAFET/ Almaniyanın “Bavariya” klubunun baş məşqçisi Hans-Diter Flik FIFA-nın ilin ən yaxşıları ilə bağlı apardığı sorğunun nəticələrinə münasibət bildirib. 55 yaşlı mütəxəssis ən yaxşı baş məşqçi seçilmədiyi üçün narazılığını dilə gətirib.
O, ötən mövsümü parlaq keçirdiklərini söyləyib: “Həyat davam edir. Əlbəttə, məyus olduq, amma adi haldır. İlk “üçlüy”ə düşəndə qazanmaq istəyirsən. Yüksək nailiyyətlər dünyasında yaşayırıq, buna görə həmişə qazanmaq istəyirik. Hər şey öz qaydasında davam edir. Fövqəladə mövsüm keçirdik, Manuel Noyer və Robert Levandovski ən yaxşı seçildi. Yeni hədəflərimiz var”.
Qeyd edək ki, FIFA ardıcıl ikinci dəfə İngiltərənin “Liverpul” klubunun çalışdırıcısı Yurgen Klopp ən yaxşı baş məşqçi seçib.