“Sabah”ın daha bir futbolçusu koronavirusdan sağaldı
ESTAFET/ “Sabah” klubu Premyer Liqanın XII turu öncəsi koronavirus testindən keçib. Dünən verilən testin nəticəsi bu gün açıqlanıb.
Bütün kollektivdə, həmçinin müdafiəçi Məhəmməd Mirzəbəyovda nəticə neqativ çıxıb. Yalnız hücumçu Ulise Diallo hələ test verməyib. Malili forvardla yanaşı, məşqdə çiynindən zədələnən Saşa Stamenkoviç qarşıdakı matçı buraxacaq. Müdafiəçi Bəhlul Mustafazadənin iştirakı isə sual altındadır.
Qeyd edək ki, “Sabah” dekabrın 20-də “Neftçi”ni qəbul edəcək. “Bank Respublika Arena”da keçiriləcək görüş saat 17:15-də başlayacaq.