Şahmatçılarımızın qatılacağı turnirin mükafat fondu açıqladı
ESTAFET/ “Grand Swiss” şahmat turnirinin keçirilməsi ilə bağlı FIDE və “İOM International Chess Limited” arasında müqavilə imzalanıb. 2021-ci ildə turnir “FIDE Chess.com Grand Swiss” adlanacaq.
İlk dəfə qadınlar arasında turnir də təşkil olunacaq. Oyunlar onlayn keçiriləcək. Lakin yarış vaxtına qədər koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər aradan qaldırılsa, turnir Man adasındakı Kral sarayında baş tutacaq.
Oktyabrın 25-dən noyabrın 8-dək keçiriləcək yarışda təxminən 35 ölkədən 164 şahmatçı mübarizə aparacaq. Mükafat fondu 550 min dollar olan turnirdə Azərbaycan qrossmeysterlərinin iştirakı da gözlənilir.
Kişilərin yarışında 114 şahmatçı qüvvəsini sınayacaq. Əsəsən FIDE reytinqinin “Top-100”ündə yer alanların qatılacağı yarışın mükafat fondu 425 min dollar təşkil edəcək. Bunun 70 mini qalibə çatacaq. İlk iki yeri tutan şahmatçı dünya çempionu adı uğrunda İddiaçılar turnirinə vəsiqə qazanacaq. Beş iştirakçı təşkilatçılar tərəfindən seçiləcək. Onlardan ikisi Man adasının təmsilçisi, biri onlayn təsnifatın qalibi olacaq.
Qadınların turnirində 50 şahmatçı mübarizə aparacaq. Onlar “Top-40”dan dəvət alacaq. 125 min mükafat fondu olan turnirin qalibi İddiaçılar turnirinə vəsiqə əldə edəcək. Xanımların üç iştirakçını təşkilatçılar seçəcək və onlardan biti təsnifat xarakterli yarışda müəyyənləşəcək.