Liqa Kuboku finalının vaxtı dəyişdirildi

ESTAFET/ İngiltərə Liqa kubokunun final oyunun tarixi dəyişdirilib. Həlledici qarşılaşma aprelin 25-də keçiriləcək.

Öncədən matçın fevralın 28-də təşkil olunması nəzərdə tutulmuşdu. Dəyişikliyə səbəb koronavirus məhdudiyyətlərinin mümkün yumşalmasından sonra həmin vaxt daha çox azarkeşin oyunu izləyə bilməsi ehtimalıdır.

Müəllif: Orxan NOVRUZOV