Tosun “Feyenoord”a lazım olmadı
ESTAFET/ Türkiyə millisinin və İngiltərə “Everton”unun futbolçusu Cenk Tosunun Niderland təmsilçisi “Feyenoord”a keçidi baş tutmayacaq. Hücumçu icarə əsasında Rotterdam klubuna keçməyəcək.
Çünki “Feyenoord”un baş məşqçisi Dik Advokat qış fasiləsində komandanın yeni oyunçu ilə güclənməyəcəyini açıqlayıb. Bu isə o deməkdir ki, niderlandlılar heç bir futbolçunun keçidində maraqlı deyil. Cenk böyük ehtimallar mövsümü Liverpul təmsilçisində başa vuracaq. Qeyd edək ki, Tosun cari mövsüm 5 oyun keçirib.