9-cu dəfə qış çempionu - "Neftçi"

ESTAFET/ Futbol üzrə Azərbaycan Premyer Liqasında qış çempionu adını “Neftçi” qazanıb. Bakı klubu mövsümün qış fasiləsinə 1-ci yerdə yollanıb. Bu, paytaxt təmsilçisinin tarixində 9-cu belə nəticədir. Sonuncu dəfə iki il öncə qış çempionu olan “ağ-qaralar” fasilədən sonra yenidən eyni göstəriciyə imza atıb.

Azərbaycan çempionatlarının payız-yaz sistemi ilə keçirilməyə başladığı 1993/94 mövsümündən indiyədək ən çox qış çempionluğu qazanan “Neftçi”dir.

“Qarabağ”ın 7 belə uğuru var. “Kəpəz” və “Keşlə” (“İnter” adlandığı dövrdə) hərəyə üç dəfə qış fasiləsinə zirvədə yollanmağı bacarıb. Digər 5 mövsümdə isə buna fərqli komandalar imza atıb. “Xəzri”, “Şəmkir”, “Karvan”, “Xəzər Lənkəran” və “Olimpik” (sonrakı “Şüvəlan”) də qış çempionluğu yaşayıb.

Qış çempionları:

1993/94. “Kəpəz”

1994/95. “Neftçi”

1995/96. “Xəzri”

1996/97. “Neftçi”

1997/98. “Kəpəz”

1998/99. “Kəpəz”

1999/2000. “Şəmkir”

2000/01. “Neftçi”

2001/02. “Neftçi”

2003/04. “Neftçi”

2004/05. “Qarabağ”

2005/06.  “Karvan”

2006/07. "Xəzər Lənkəran"

2007/08. "Olimpik"

2008/09. “İnter”

 2009/10. “İnter”

2010/11. “Neftçi”

2011/12. “Neftçi”

2012/13.  “İnter”

2013/14. “Qarabağ”

2014/15. “Qarabağ”

2015/16. “Qarabağ”

2016/17. “Qarabağ”

2017/18. “Qarabağ”

2018/19. “Neftçi”

2019/20. “Qarabağ”

2020/21. “Neftçi”

Müəllif: Natiq NƏSİROV