"Neftçi"nin 400-cü ev oyunu

ESTAFET/ “Neftçi” Azərbaycan çempionatlarında 400-cü ev oyununu keçirib. Yubiley matçı Premyer Liqanın XIII turuna təsadüf edib. “Keşlə”ni qəbul edən “ağ-qaralar” 2:1 hesabı ilə qalib gəlib.

Bu, “Neftçi”nin öz meydanında 252-ci qələbəsi olub. Aktivində 91 heç-heçə də olan paytaxt təmsilçisi doğma divarlar arasında 57 məğlubiyyət alıb. “Ağ-qaralar” evdə 400 oyun keçirən ilk komanda olub.

Qeyd edək ki, “Neftçi” ölkə çempionatlarında ilk ev oyununu 1992-ci il mayın 8-də Sumqayıt “Xəzər”inə qarşı keçirib. Həmin oyunda bakılılar 1:0 hesablı qələbə qazanıb.

Müəllif: Bəhruz MƏMMƏDOV