MY hücumçusu ilə müqaviləni uzadır
ESTAFET/ İngiltərənin “Mançester Yunayted” klubu futbolçusu Meyson Qrinvudla yeni müqavilə imzalayacaq. Klub rəhbərliyi 19 yaşlı hücumçunun komandada qalmasını istəyir.
Forvardla anlaşma 2023-cü ilin yayında başa çatacaq. Mançesterlilər bu müddəti daha da artırmaq niyyətindədir.
İngiltərəli hücumçu cari mövsüm Premyer Liqada 9 oyun keçirib. Onun hesabında 1 qol var.