“Yuventus” Kuadradonu klubda saxladı

ESTAFET/ İtaliyanın “Yuventus” klubu futbolçusu Xuan Kuadradonu heyətində saxlamağa qərar verib. Turin təmsilçisi sağ cinah müdafiəçisi ilə bağlı aldığı təklifləri rədd edib.
Çinin bir neçə klubu 32 yaşlı kolumbiyalı futbolçunun keçidi ilə bağlı danışıqlar aparmaq istəyib. Amma A seriyası təmsilçisi Kuadradonun yanvarda satılması barədə danışıqlar aparmaq istəməyib.
Qeyd edək ki, Xuan 2017-ci ildən “Yuventus”da oynayır.
