"Sumqayıt"ın qış hazırlıq planı bəlli olub

ESTAFET/ "Sumqayıt" Futbol Klubunun qış hazırlıq planı bəlli olub. Klubun saytında verilən məlumata görə, “gənclik şəhəri” təmsilçisi çempionatın qalan hissəsi üçün hazırlıqlarına yanvarın 4-dən etibarən Sumqayıt şəhərində start verəcək.
Ayxan Abbasovun komandası toplanış dönəmində iki yoxlama oyunu keçirəcək. “Sumqayıt” yanvarın 10-da "Zirə", 14-də isə "Qəbələ" ilə qarşılaşacaq.
Qeyd edək ki, "Sumqayıt" Premyer Liqanın 14-cü turu çərçivəsində yanvarın 21-də səfərdə "Keşlə" ilə qarşılaşacaq.
