Mateo İspaniyaya qayıtmağa yaxındır

ESTAFET/ İtaliyanın “Milan” klubunun müdafiəçisi Mateo Musakkio İspaniyaya qayıdacaq. Argentina millisinin üzvü “Valensiya”nın formasını geyinməyə yaxındır.

30 yaşlı mərkəz müdafiəçisi oyun praktikasından əziyyət çəkməmək üçün rəhbərlikdən ayrılmağına icazə istəyib. “Rossonyerlər” də öz növbəsində onun yanvarda “Valensiya”ya azad agent kimi keçməsinin əleyhinə deyil. Gələn ay keçidin havayı başa gəlməsi gözlənilir.

Qeyd edək ki, Mateo Musakkio 2009-2017-ci illərdə İspaniyada “Vilyarreal”ın formasını geyinib.

Müəllif: Natiq NƏSİROV