“Arsenal”ın futbolçusunu "Şalke"nin maraq dairəsində

ESTAFET/ İngiltərənin “Arsenal” klubunun futbolçusu Sead Kolaşinats yenidən Almaniyada çıxış edə bilər. 27 yaşlı müdafiəçi “Şalke”nin maraq dairəsindədir.

Bundesliqanın autsayderi Bosniya və Herseqovinadan olan futbolçunu icarəyə götürmək istəyir. Helzenkirhenlilər sabiq müdafiəçisinin xidmətindən mövsümün sonunadək yararlanmaq niyyətindədir.

Qeyd edək ki, Kolaşinats 2012-17-ci illərdə “Şalke”də oynayıb.

Müəllif: Natiq NƏSİROV