“Everton” “Bornmut”un hücumçusunu alır

ESTAFET/ İngiltərənin “Everton” klubu heyətinə yeni hücumçu qatacaq. Liverpul təmsilçisi “Bornmut”un futbolçusu Coşua Kinqin transferində maraqlıdır.

Artıq iki klub arasında danışıqlar da start götürüb. Forvardın klubu da yayda müqaviləsi başa çatacaq oyunçunu buraxmağa hazırdır.

Amma “Everton” Kinq üçün pul ödəmək istəmir. Liverpullular onun əvəzinə öz futbolçusunu vermək fikrindədir. “Bornmut”a Carred Brantueyt və Conco Kenni arasında seçim təklif olunub.

Qeyd edək ki, Kinq cari mövsüm 9 oyunda 2 qol vurub.

Müəllif: Natiq NƏSİROV