Militao İspaniyanı İngiltərəyə dəyişə bilər

ESTAFET/ İspaniyanın “Real” klubunun futbolçusu Eder Militao karyerasını İngiltərədə davam etdirə bilər. “Tottenhem” braziliyalı müdafiəçini heyətində görməkdə maraqlıdır.

London klubunun baş məşqçisi Joze Mourinyo Militaonu komandasında görmək istəyir. “Real” isə futbolçunu yalnız sərfəli şərtlərlə buraxmağa razıdır. Madridlilərin təxminən 30 milyon tələb etdiyi iddia olunur.

Qeyd edək ki, 22 yaşlı cənubi amerikalı 2019-cu ildən “Real”da oynayır.

Müəllif: Bəhruz MƏMMƏDOV