“Milan” “Torino”dan yarımmüdafiəçi icarəyə götürür
ESTAFET/ İtaliyanın “Milan” klubu heyətini yeni futbolçu ilə gücləndirir. A seriyası təmsilçisi Sualio Meyteni icarəyə götürür.
“Torino”nun 26 yaşlı yarımmüdafiəçisi mövsümün sonunadək Milanın eyniadlı klubunda çıxış edəcək. Onun icarəsi üçün 1 milyon avro ödəniləcək. İcarə müqaviləsində sonradan 9 milyona transfer etmək hüququ da əksini tapıb.
Qeyd edək ki, Meyte cari mövsümdə 14 oyunda 1 qol vurub.