"Ölkəm ikinci Qarabağ müharibəsindən yeni çıxıb": Polina Rəhimova

ESTAFET/ Beynəlxalq Voleybol Federasiyası (FIVB) tarixində ilk dəfə İdmançılar Komissiyasına seçkilər olacaq. Qurum komissiyaya namizədlərin siyahısını açıqlayıb.

11 qadın və 5 kişi voleybolçunun yer aldığı siyahıda Azərbaycan yığmasının ulduzu Polina Rəhimovanın da adı var. Hücumçu bununla bağlı fikirlərini açıqlayıb: “Voleybol mənim həyatımdır. Voleybola borcumu qaytarmağın vaxtı çatıb. Uzun illər müxtəlif qitələrin ölkələrində - Avropa, Asiya və Cənubi Amerikada yüksək səviyyədə voleybol oynamışam. Dünya rekordu qırmışam, çox sayda mükafat qazanmışam. Müxtəlif voleybol mədəniyyətləri ilə tanış olmuşam. Həyatımın yarıdan çoxunu voleybolla məşğul olmuşam və bizi gələcək, uşaqlarla bağlı tərəfdaşı olacağam. Bizim uşaqlar – bizim üçün yaxşı həyat qurmaq üçün yaxşı şansdır. Mən də öz təcrübəmi voleybol sevgisi ilə yaşayan gənc oyunçularla bölüşmək istəyirəm”.

Polina Qarabağdakı vətən müharibəsi haqda da danışıb: “Mən dünyanı sülh içində görmək istəyirəm. Mənim ölkəm ikinci Qarabağ müharibəsindən yeni çıxıb. Çox uşaqlar bu müharibədə ailəsini itirib. Mən onlara bərpa olunmaqda kömək etmək istəyirəm. Buna nail olmağın ən yaxşı yolu voleyboldur. Mənim federasiyam və mən bu uşaqlara ayaq üstə durmağa kömək edəcəyik. Mən öz həyatımda hobbi kimi çox səyahət etmişəm. Amma indi daha çox gəzmək istəyirəm ki, ölkədə voleybolu sevən, amma onunla məşğul ola bilməyənlərə yardım edim. Mən FIVB-in voleybola yardım layihələrində iştirak etməyə hazıram”.

Qeyd edək ki, yanvarın ikinci yarısındakı seçkilərdən sonra komissiyaya 10 üzv müəyyənləşəcək. Onlardan beşini voleybolçular, beşini FIVB prezidenti seçəcək.

Müəllif: Bəhruz MƏMMƏDOV