7 yaşında ABŞ tarixinə düşdü
ESTAFET/ Kanadalı ağırlıqqaldıran Rori van Ulft ABŞ tarixində ən gənc çempion tituluna yiyələnib. Perspektiv vəd edən 7 yaşlı idmançı ölkə birinciliyinin qızıl medalını qazanıb.
30 kq çəki dərəcəsində qüvvəsini sınayan Ulft 11 və 13 yaşlı ağırlıqqaldıranlar arasında bütün rəqiblərini qabaqlayıb. O, bununla da adını yaşadığı ABŞ-ın tarixinə yazdırıb. (apasport.az)