"Ən azından qol vurub, xallar yığa bilirdik": Ruslan Abışov
ESTAFET/ "Berti Foqtsun vaxtında deyirdilər ki, yığma müdafiə futbolu oynayır. Amma ən azından qol vurub, xallar yığa bilirdik". Bu sözlər millinin keçmiş müdafiəçisi Ruslan Abışova məxsusdur.
34 yaşlı oyunçu ölkənin əsas komandasının UEFA Millətlər Liqasındakı çıxışına toxunub: "Təəssüf ki, son Millətlər Liqasında yığma həm müdafiə futbolu oynadı, həm də az qol vurdu.
Bu turnir bizim kimi komandalar üçün böyük şansdır. Millimizin qarşıdakı seçmə mərhələdə güclü rəqiblərə qarşı necə oynaması maraqlı olacaq. Martda hər kəs yığmanın hansı gücdə olduğunu görəcək".
Azərbaycan millisi seçmə mərhələdə Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla birlikdə A qrupunda mübarizə aparacaq.