“Sumqayıt” Höccət Haqverdinin transferini açıqlayıb
ESTAFET/ “Gənclik şəhəri” təmsilçisi iranlı müdafiəçi ilə müqavilə imzalandığını feysbuk səhifəsi vasitəsilə bəyan edib.
Bildirilib ki, İran çempionatında çıxış edən “Peykan”ın 28 yaşlı oyunçusu “kimyaçılar”la mövsümün sonuna qədər müqavilə imzalayıb. O, “Sumqayıt”ın qış fasiləsində 3-cü transferi olub. Komanda buna qədər “Neftçi”dən Cabir Əmirlini icarəyə götürüb və sabiq hücumçusu Mehdi Şərifini qaytarıb.
Qeyd edək ki, Höccət Haqverdi karyerası ərzində “Peykan” (90 oyun, 4 qol) və İsfahanın “Zob Ahan” (26 oyun) komandalarının uğurları üçün çalışıb.