“Barselona” prezidentliyinə 4 namizəd qaldı
ESTAFET/ İspaniyanın “Barselona” klubunda prezidentliyə namizədlərin sayı 4-ə enib. Daha 4 nəfərin rəhbər vəzifəyə təyin edilmək arzusu baş tutmayacaq.
Aqusti Beneditodan sonra Jordi Farre, Xavyer Vilayoana, Luis Fernandes və Pere Riera da lazımi sayda imza toplaya bilmədikləri üçün namizədlikləri təsdiqlənməyib. Joan Laporta, Viktor Font, Toni Freyxa və Emili Rusar isə tələb olunan sayda imza toplayaraq şanslarını davam etdirib.
Ən çox səsi sabiq prezident Joan Laporta toplayıb. Əsas favorit sayılan futbol funksioneri 10 min 272 imza toplayıb. Onun rəqiblərindən Fonta 4713, Freyxaya 2822, Rusara isə 2510 nəfər güvənir. Sonuncunun da nisbətən az imza topladığı üçün cümə günü təsdiqlənəcək siyahıdan çıxarılması istisna edilmir.
Qeyd edək ki, “Barselona”da prezident seçkiləri yanvarın 24-də keçiriləcək.