“Real” Ramosa son təklifini edəcək

ESTAFET/ İspaniyanın “Real” klubu kapitanı Serxio Ramosla yeni müqavilədə ortaq məxrəcə gələ bilmir. Madridlilər 35 yaşlı mərkəz müdafiəçisinə son dəfə təklif edəcək.

Bu dəfə klub prezidenti Florentino Peres onunla görüşəcək. “Real” rəhbərliyi İspaniya millisinin üzvünə 1 illik müqavilə və 10,8 milyon avro maaş təklif edəcək. Bu isə indiki məvacibindən 10 faiz azdır. Ancaq Ramos hazırda qazandığı 12 milyon avro olmaqla 2 illik saziş tələb edir.

Qeyd edək ki, Serxio Ramos Fransanın PSJ klubunun maraq dairəsindədir.

Müəllif: Orxan NOVRUZOV