“Milan”da Teo və Hakan koronavirusa yoluxdular
ESTAFET/ İtaliyanın “Milan” klubunda iki futbolçu koronavirusa yoluxub. Bu barədə “rossonyerlər” rəsmi sayt vasitəsilə məlumat yayıb.
Bildirilib ki, komandadan götürülən testin nəticəsi iki aparıcı oyunçuda – müdafiəçi Teo Ernandes və yarımmüdafiəçi Hakan Çalhanoğluda pozitiv çıxıb. Hər iki futbolçu dərhal öz evlərində karantinə alınıb. Onlar komandanın növbəti matçlarını buraxacaq.
Qeyd edək ki, “Milan” A seriyasının XVIII turu çərçivəsində sabah “Kalyari”nin qonağı olacaq.