“Azərreyl”in sabiq voleybolçusu Macarıstanda oynayacaq
ESTAFET/ Bakının “Azərreyl” klubunun sabiq voleybolçusu Moytsa Penenin yeni komandası bəlli olub. 31 yaşlı sloveniyalı hücumçu karyerasını Macarıstanda davam etdirəcək.
O, DVTK klubu ilə müqavilə imzalayıb. Mövsümün ilk yarısını vətənində keçirən Moysa transferinə münasibət bildirib: “Macarıstanda oynaya biləcəyim üçün çox xoşbəxtəm. DVTK mənim üçün yeni çağırışdır. Komandanın hədəflərinə çatmasında pay sahibi olmaq istəyirəm. Özümü əla hiss edirəm və oyunların startını səbirsizliklə gözləyirəm”.
Qeyd edək ki, Pene koronavirus pandemiyası üzündən yarımçıq dayandırılan 2019/20 mövsümündə “Azərreyl”də oynayıb. Onunla yeni müqaviləyə avqustda qarşılıqlı razılaşma ilə xitam verilib. Cari mövsümə vətənində başlayan voleybolçu GEN klubunun formasını geyinib. (apasport.az)