Turun son oyununun hakim təyinatı bəlli oldu

ESTAFET/ AFFA Hakimlər Komitəsi XIV turun son matçının təyinatlarını açıqlayıb. “Keşlə” ilə “Sumqayıt” arasında baş tutacaq görüşün hakimləri, hakim-inspektor və AFFA nümayəndələri bəlli olub.

“ASK Arena” keçiriləcək görüşü FIFA referisi Əliyar Ağayev idarə edəcək.

Qeyd edək ki, turun digər üç oyunu bu gün baş tutacaq.

Azərbaycan Premyer Liqası
XIV tur

22 yanvar 2021
16:00. “Keşlə” – “Sumqayıt”
“ASK Arena”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Eldəniz Musayev

Müəllif: Bəhruz MƏMMƏDOV