“Valensiya” fransız hücumçunu istəyir
ESTAFET/ İspaniyanın “Valensiya” klubu hücum xəttini gücləndirməyə qərar verib. La Liqa təmsilçisi Nikola de Previli transfer etmək niyyətindədir.
Fransa “Bordo”sunda çıxış edən hücumçu mövsümlərarası fasilədə “yarasalar”a qoşula bilər. Lakin 30 yaşlı fransalı forvard digər İspaniya klublarının da maraq dairəsindədir. “Betis”lə “Valyadolid” də onu heyətinə qatmağa cəhd edəcək.
Qeyd edək ki, yayda müqaviləsi başa çatacaq hücumçu azad agent statusu alacaq.