Dövrənin ən yaxşısı
ESTAFET/ Premyer Liqada qış fasiləsi XIV turun oyunları ilə başa çatıb. Bu matçlar həm də II dövrənin son görüşləri olub. 2021-ci ilin ilk turu ilə tamamlanan dövrədə 28 oyun baş tutub.
Dövrəni məğlubiyyətsiz başa vuran “Qarabağ” 17 xalla hamını qabaqlayıb. “Neftçi” 14, ən az qol buraxan “Zirə” 12 xal toplayıb.
Çempionatın ikinci dövrəsinin ən uğursuz komandası “Keşlə” olub. Hesabat turunda bakılılara qalib gələn “Sumqayıt” ilk qələbə ilə son sıranı tərk edib.