"Qarabağ”ın 400-cü səfəri

ESTAFET/ "Qarabağ” futbol üzrə Azərbaycan çempionatlarında 400-cü səfər oyununu keçirib. Yubiley “Sabah”la XIV turun matçında gerçəkləşib. Ağdam təmsilçisi 2:1 hesablı qələbə qazanıb.

“Qarabağ” rəqib meydanlarındakı 400 görüşdə 182 dəfə qalib gəlib. 106 heç-heçəsi olan komanda 112 dəfə meydandan xalsız ayrılıb.

Qeyd edək ki, “Qarabağ”ın ilk səfəri 1992-ci il mayın 9-na təsadüf edib. Həmin gün ağdamlılar Salyanda “Plastik”i 2:0 hesabı ilə məğlubiyyətə uğradıb.

Müəllif: Natiq NƏSİROV