“Çelsi” Lemparda maaş verməkdə davam edəcək

ESTAFET/ İngiltərənin “Çelsi” klubunda istefaya göndərilən Frenk Lempard maaşını almaqda davam edəcək. “Zadəganlar” gənc mütəxəssisə mövsümün sonuna qədər ödəniş edəcək.

London təmsilçisinin rəhbərliyi postundan ayrılmasına baxmayaraq, Lempardla müqaviləyə sadiq qalacaq. “Çelsi” ilə müqavilə müddəti 2+1 illik olan sabiq çalışdırıcının illik məvacibi 4 milyon funt-sterlinq təşkil edir.

Qeyd edək ki, Frenk Lempard “Çelsi”nin sükanı arxasına 2019-cu ilin yayında gətirilib. Onun istefaya göndərilməsindən sonra bu vəzifəyə almaniyalı Tomas Tuxelin təyinatı gözlənilir.

Müəllif: Natiq NƏSİROV