MY Kavanini itirdi

ESTAFET/ Futbol üzrə İngiltərə Premyer Liqasının XXII turunda “Sauthempton”u darmadağın edən (9:0) “Mançester Yunayted” bir itki ilə üzləşib. Matçın ilk hissəsində hücumçu Edinson Kavani fərqlənib.

Görüşdə 4-cü qolun müəllifi olan Uruqvay millisinin üzvü fasilədən dərhal sonra yerini Antoni Marsiala verib. “Qırmızı şeytanlar”ın rəsmi saytında Kavaninin topuğundan zədə aldığı, lakin durumu barədə tibbi müayinədən sonra məlumat veriləcəyi yazılıb.

Qeyd edək ki, “Mançester Yunayted” 44 xalla Premyer Liqada 2-ci pillədə qərarlaşıb.

Müəllif: Estafet.az