Mbappe əlavə şərtlə yeni müqavilə bağlayır
ESTAFET/ Fransanın PSJ klubu hücumçusu Kilian Mbappe ilə yeni müqavilənin müzakirəsinə başlayıb. Ulduz futbolçu tezliklə yeni sazişə qol çəkə bilər.
Ancaq müqaviləyə belə bir bənd əlavə olunacaq ki, “Real” və ya başqa “top-klub”dan sərfəli təklif gələcəyi təqdirdə, PSJ 22 yaşlı oyunçunun gedişinə icazə verəcək. Hazırkı müqaviləsi gələn ilin yayına qədər olan Mbappenin maaşı da artırılacaq.
Qeyd edək ki, Kilian Mbappe cari mövsüm ölkə çempionatında 19 oyunda 15 qol vurub, 6 məhsuldar ötürmə verib. (apasport.az)