Sulşer “Norviç”in müdafiəçisini istəyir

ESTAFET/ “Norviç”in müdafiəçisi Maks Aarons İngiltərədə klubunu dəyişməyə yaxındır. 21 yaşlı sağ cinah oyunçusu “Mançester Yunayted”in maraq dairəsindədir.

“Qırmızı şeytanlar”ın baş məşqçisi Ole Qunnar Sulşer ingiltərəli oyunçunun mövsümün sonunda transfer olunmasını istəyir. Norveçli mütəxəssis hesab edir ki, Aarons həmin mövqedə çıxış edən Aaron Van-Bissakaya layiqli rəqib olacaq. Digər sağ cinah müdafiəçisi Dioqo Dalot transferə çıxarılacaq.

Qeyd edək ki, “Tottenhem”in də gündəmində olan Maks Aaronsun transfer qiyməti 20 milyon avro dəyərində göstərilir.

Müəllif: Natiq NƏSİROV