Braziliya millisinin debütantı “İnter”ə keçə bilər
ESTAFET/ İtaliyanın “İnter” klubu mövsümün sonunda transfer etmək istədiyi ilk futbolçunu müəyyənləşdirib. “Neradzurra” Fransa “Lion”unda çıxış edən Bruno Gimaraynsı heyətinə cəlb etmək niyyətindədir.
23 yaşlı müdafiəyəmeyilli oyunçu “Lion”a ötən il “Atletiko Paranaense”dən 20 milyon avroya keçib. Artıq Braziliya millisində də debüt edən Gimaraynsı almaq “İnter” üçün asan olmayacaq. Çünki A seriyası təmsilçisi bundan ötrü azı 30 milyon avro xərcə düşməli olacaq.
Qeyd edək ki, Lion”un digər yarımmüdafiəçisi Ussem Auar “İnter”in A seriyasındakı əsas rəqiblərindən “Yuventus”un maraq dairəsindədir.