“Milan” 19 milyona razı deyil

ESTAFET/ “Milan” icarə əsasında komandanın formasını geyinən Dioqo Dalotla bağlı qərarını verib. İtaliya klubu müqavilə ilə “Mançester Yunayted”ə məxsus olan sağ cinah müdafiəçisini birdəfəlik transfer etmək niyyətindədir.

Tərəflər arasındakı razılığa əsasən, “rossonyerlər” portuqaliyalı oyunçunu yayda 19 milyon funt-sterlinqə ala bilər. Lakin A seriyası təmsilçisi məbləğdə endirimə getməsi üçün ingilislərlə danışıq aparır.

Qeyd edək ki, Dioqo Dalot həmçinin İspaniya klubu “Barselona”nın maraq dairəsindədir.

Müəllif: Orxan NOVRUZOV