Sulşerə daha yüksək maaşlı yeni müqavilə təklifi

ESTAFET/ İngiltərənin “Mançester Yunayted” klubu baş məşqçisi Ole-Qunnar Sulşerlə müqaviləni uzatmağı planlaşdırır. Klub rəhbərliyi norveçli mütəxəssislə danışıqlara başlamağa hazırlaşır.

Bu, komandanın uğurlu çıxışı ilə bağlıdır. Premyer Liqada titul uğrunda mübarizə aparan komanda növbəti mövsümdə Çempionlar Liqasının qrupunda yer almaq şansına malikdir.

“Mançester Yunayted” skandinaviyalıya 2 illik anlaşma təklif edəcək. Sulşer yeni müqaviləyə əsasən daha çox – ildə 6 milyon funt sterlinq qazanacaq. 47 yaşlı mütəxəssisin indiki müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.

Qeyd edək ki, Sulşer 2019-cu ilin martından klubun baş məşqçisidir.

Müəllif: Bəhruz MƏMMƏDOV