MY 109 illik rekordu təkrarladı

ESTAFET/ İngiltərə kubokunun 1/8 final mərhələsində “Vest Hem”lə qarşılaşan “Mançester Yunayted” 1:0 hesablı qələbə qazanıb. “Qırmızı şeytanlar” bununla klub rekordunu təkrarlayıb.
Komanda ölkə kuboku çərçivəsində ardıcıl 9-cu dəfə “Old Trafford”dan qalibiyyətlə ayrılıb. Bu isə 109 illik rekordun təkrarlanmasına səbəb olub. “Mankunianlar” sonuncu dəfə 1908-1912-ci illərdə analoji nəticəyə imza atıb.
Qeyd edək ki, 1/4 finala adlayan “Mançester Yunayted” əvvəlki mərhələdə də “Liverpul”u (3:2) mübarizədən kənarlaşdırmışdı.
