44 yaşında 30-cu klubla müqavilə imzaladı
ESTAFET/ Uruqvay millisinin sabiq futbolçusu Sebastyan Abreu özünə yeni klub tapıb. 44 yaşlı veteran karyerasını Braziliyada davam etdirəcək.
O, Minas-Jeraysın “Atletik” klubu ilə müqavilə imzalayıb. Bu, Abreunun karyerasında nə az, nə çox – 30-cu komandadır. Abreu özünün sahib olduğu rekordu yeniləyib.
Qeyd edək ki, “Atletik” 51 ildən sonra bu yaxınlarda Minas-Jerays ştatının birinci divizionuna yüksəlib.