Premyer Liqa tarixində 5-ci dəfə

ESTAFET/ “Mançester Yunayted” klubu İngiltərə Premyer Liqasında səfərdəki məğlubiyyətsizlik seriyasını 20-yə çatdırıb. Ole-Qunnar Sulşerin yetirmələri XXVI turda “Çelsi” ilə qolsuz heç-heçə oynayıb.

Bu, Premyer Liqa tarixində 5-ci belə seriyadır. Bunadək “Arsenal” iki, “Çelsi” və “Liverpul” hərəyə bir dəfə səfərdə ən azı 20 matçda uduzmayıb. Mütləq rekord da, ikinci göstəricidə “topçular”a məxsusdur. Mançesterlilər isə “Çelsi”nin nəticəsini təkrarlayıb.

1. “Arsenal” – 27 (aprel 2003 – sentyabr 2004) 
2. “Arsenal” – 23 (avqust 2001 – sentyabr 2002)
3. “Liverpul” – 21 (yanvar 2019 – fevral 2020)
4-5. “Çelsi” – 20 (dekabr 2007 – dekabr 2008)
“Mançester Yunayted” – 20 (fevral 2020-dən indiyədək)

Müəllif: Orxan NOVRUZOV